Norveçdə avtomobillərin 44 faizi elektrik enerjisi ilə işləyir

  • Space TV
  • 5 Fevral 2020 10:43

Norveçin yol federasiyasının məlumatına əsasən, ölkədə olan maşınların 44,3 faizini elektromobillər təşkil edir.

“Reuters” xəbər verir ki, gözlənilən 50-60 faiz əldə edilməsə də, Norveç dünyada ən çox elektromobil olan ölkə adını qazana bilib.

Ölkədə elektriklə işləyən maşınlara marağın artması dövlət siyasəti ilə bağlıdır.

Norveçdə benzin və dizellə işləyən maşınlardan fərqli olaraq, elektrik enerjisi ilə işləyən avtomobillərin sahibləri bir çox vergilərdən azad edilib.

Bu səbəbdən də Norveç elektromobil istehsalçıları üçün ən mühüm bazarlardan biri sayılır.

Paylaş

 Xəbəriniz olsun