Normal həyata nə vaxt qayıtmaq olacaq?!

  • Space TV
  • 28 Aprel 2020 16:39

MİCROSOFT QURUCULARINDAN OLAN BİLL QEYTS FRANSANIN  LA FİQARO QƏZETİNƏ MÜSAHİBƏSİNDƏ QEYD EDİB Kİ, İNSANLAR NORMAL FƏALİYYƏTLƏRİNƏ TAM QAYITMAYACAQLAR, ONLARIN DAVRANIŞLARI DA KƏSKİN ŞƏKİLDƏ DƏYİŞƏCƏK. ƏLBƏTTƏ MÜTƏXƏSSİSLƏR DÜŞÜNÜR Kİ, KORONAVİRUSUN DÜNYAYA VURDUĞU ZƏRBƏ  YALNIZ YOLUXMA VƏ ÖLÜMLƏRLƏ MƏHDUDLAŞMADI. ÇÜNKİ VİRUS HƏM DƏ İQTİSADİYYATIN DEMƏK OLAR Kİ,  HƏR SAHƏSİNƏ BÖHRAN GƏTİRDİ VƏ BU BÖHRANDAN  QURTULUŞ ASAN BAŞA GƏLMƏYƏCƏK. AZƏRBAYCANA GƏLDİKDƏ EKSPERTLƏRİN FİKRİNCƏ NECƏ Kİ, ÖLKƏMİZDƏ  VAXTINDA QABAQLAYICI ADDIMLAR ATILDI, VİRUSUN  GENİŞ YAYILMASININ QARŞISI  ALINDI, BU UĞURLU SİYASƏT İQTİSADİ TARAZLIĞIN QORUNMASINA DA TƏTBİQ EDİLƏCƏK.

ƏHALİNİN SOSİAL RİFAH ŞƏRAİTİ, İŞLƏ TƏMİNAT, TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ DƏ İQTİSADİ İNKİŞAFLA BAĞLIDIR. SOSİAL SABİTLİYİ QORUMAQ ÜÇÜN KARANTİN REJİMİNƏ RİAYƏT OLUNMASI DA MÜHÜM ŞƏRTLƏRDƏNDİR.

AZƏRBAYCAN VƏTƏNDAŞLARININ SOSİAL ÇƏTİNLİKDƏN UZAQ OLMASI ÜÇÜN ÖLKƏ RƏHBƏRLİYİ MÜVAFİQ PAKET VƏ LAYİHƏLƏR HAZIRLAYIB, DƏRHAL İCRA EDİR. NÜMUNƏ KİMİ 600 MİN NƏFƏRİ ƏHATƏ EDƏN BİRDƏFƏLİK ÖDƏMƏLƏRİ DƏ GÖSTƏRMƏK OLAR Kİ, ARTIQ 400 MİN İNSAN 190 MANAT YARDIMDAN YARARLANIB.

ANAR RƏHİMOV  SPACE TV

Paylaş

 Xəbəriniz olsun