“Nokia” şirkətinin SEO-su vəzifəsindən azad edildi

  • Space TV
  • 3 Mart 2020 11:50

“Nokia” şirkətinin SEO-su Rajeev Suri vəzifəsindən azad edilib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

SPACE TV  xəbər verir ki, buna səbəb şirkətin 5G texnologiyasında rəqiblərindən geri qalması olub. Surinin yerinə isə şirkətdə uzun illərdir müxtəlif vəzifələrdə çalışan Pekka Landmarkın gətiriləcəyi bildirilib.

Qeyd edək ki, smartfonların çıxmadığı dövrdə “Nokia” telefonları ən çox satılanlar sırasında yer alırdı. Lakin bazarın dəyişməsindən sonra şirkət “Apple”, “Samsung” və “Huawei” kimi şirkətlərdən geri qalmış oldu.

Paylaş

 Xəbəriniz olsun