Nobel prospektində iki maşın toqquşdu, tıxac yarandı

  • Space TV
  • 4 Dekabr 2019 10:03

Səhər saatlarında Bakıda daha bir yol qəzası baş verib.

SPACE TV-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhər istiqamətində hərəkətdə olan avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Xoşbəxtlikdən “Opel”də olan azyaşlı uşağa xəsarət dəyməyib. Lakin hər iki avtomobilə ciddi ziyan dəyib.

Baş verən yol qəzası zamanı Nobel prospektində tıxac yaranıb.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun