“Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq

  • SpaceTV
  • 18 Yanvar 2021 12:19

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

Spacetv.az-ın-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. 

Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş

 Xəbəriniz olsun