Niyazi Bədəlov – 110

  • SpaceTV
  • 11 Sentyabr 2019 14:01

Görkəmli kinorejissor Niyazi Bədəlovun 110 illlik yubileyinə həsr edilmiş xatirə gecəsi tədbiri keçirilib. Tədbirdə bir çox kino xadimləri iştirak edib. Çıxış edən kinoşünas Aydın Kazımzadə kinorejissor haqqında xatirələrini bölüşüb. Çıxışlarda Niyazi Bədəlovun müəllifi olduğu hər bir filmdə öz dövrünün yeniliyinin, yüksək peşəkarlığın hiss olunduğu qeyd olunub.

Qeyd edək ki, kinorejissor Niyazi Bədəlov 1909-cu ildə Şəkidə anadan olub. Əmək fəaliyyətinə 1927-ci ildə “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi başlayıb. Yaradıcılığının ilk illərində sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak edib.

Kinorejissor “Komsomol nəsli”, “General Həzi Aslanov”,  “Dağlıq Qarabağ”, “Dağlarda ada”, “ Onun adı Serafino idi”,  “ Xəzər üzərindən körpü” və s. sənədli filmlərini çəkib. Niyazi Bədəlov 88 yaşında dünyasını dəyişib.

Nərgiz Ərastunqızı -Space

Paylaş

 Xəbəriniz olsun