Niyə evdə qalaq?

  • SpaceTV
  • 10 Aprel 2020 09:52

Hələ peyvəndi taplmayan koronovirusun qarşısının alınması istiqamətində bir neçə üsul var ki, onlardan ən əsası evdən çıxmamaqla virusun yayılmasının qarşısını almaqdır. Güclü immunitet nətic əsində virusun mutasiyaya uğrayaraq ötürücülüyünü itirməsi də bu virusun necə deyərlər, düşmənidir.  

Karantin nədir və nə üçün vacibdir? Koronovirusa yoluxmuş şəxslə təmasda olan və ya bu virusun geniş yayıldığı ərazidə olmuş şəxslərin müəyyən müddət ərzində cəmiyyətdən təcrid olunması ilə, yəni karantinə alınması ilə bu infeksiyanın daha sürətlə yayılmasının qarşısı alınır.

Virus yayıldıqca xəstələnən insanların bir hissəsi sağalmaq üçün ,müalicə almağa ehtiyyac duyar, ancaq xəstəxanaların tutumu təəsüfki sərhədsiz deyil. Məsələn 500 yataq tutumu olan bir ölkədə eyni anda 1000 adam xəstələnərsə ,xəstələrin yarısı müalicə ala bilməyəcəkdir.Bu halda normalda müalicə alaraq sağala biləcək insan belə həyatını itirər.

Unutmayın evdə boş oturaraq dünyanı qurtarmaq fürsəti əlinizdədir, ilk dəfədir belə hal yaşanır, dünyanı qorumaq, dünyaya töhfə vermək üçün evdə qalmaq lazımdır. Məhz bu səbəbdən evdə qalaraq virusun artmasını dayandırmaq bu qədər önəmlidir.

Elvira Səfərli SPACE TV

Paylaş

 Xəbəriniz olsun