“Niva” ilə VAZ toqquşdu: yaralı var

  • SpaceTV
  • 11 Oktyabr 2019 12:06

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə yolunun Alpout kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ-21011” markalı maşınla “Niva” toqquşub.

Nəticədə, rayonun Ləki kənd sakini, 1951-ci il təvəllüdlü Qarayev Vəkil Rəsul oğlu müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır. 

Paylaş

 Xəbəriniz olsun