Nikolaydan qalma kanal

  • SpaceTV
  • 5 Oktyabr 2019 15:50

XX əsrin əvvəllərində-çar II Nikolayın dövründa köçürülmə siyasəti davam etdirilib. İmperiyanın bu siyasəti ölkəmizin cənub bölgəsindən, eləcə də Biləsuvar rayonundan da yan keçməyib. İlan mələşən Muğan düzünə də Slavyan əhalisinin köçürülməsinə başlanılıb. Burada yeganə su mənbəyi Bolqarçay olmasına baxmayaraq su qıtlığı mövcud olub. Köçürülmüş Slavyan əhalisini bu əziyyətlərdən qurtarmaq üçün rayon ərazisindən su kanalının çəkilişinə başlanılıb.

Su kanalını çəkilişi zamanı kişilərlə yanaşı qadınların da əl  əməyindən istifadə olunub. Qadınlar torpaqla dolu vedrələri yuxarıda dayanmış kişilərə verir, onlar da öz nöbəsində torpağı kanaldan 4 metr uzağa tökürlərmiş. Bu minvalla 1912-ci ildə dərinliyi 5-6 metr olmaqla kanalın 54 kilometr hissəsi qazılaraq istifadəyə verilib. Maraqlısı odur ki, çar dövründə çəkilən su kanalının tikintisi qızılllar hesabına başa gəlib.

Sonrakı illərdə kanalın qazıntı işləri davam etdirilərək Astarxanbazar-indiki Cəlilabad rayonunun ərazisinə kimi  çatdırılıb. Ümumi uzunluğu 101 kilometr olan kanal əvvəllər Əzizbəyov, sonradan isə adı dəyişdirilərək Cənub-Muğan kanalı adlandırılıb.  I əsrdən çox tariximizin canlı şahidi olan Cənub-Muğan su kanalı  hazırda rayonda 45 min hektara yaxın müxtəlif növ əkin sahəsinin suvarılması ilə yanaşı, əhalinin texniki-məişət suyuna olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Təyyar Nəsirli  SPACE TV 

Paylaş

 Xəbəriniz olsun