Nikol Paşinyanın yeni reytinqi açıqlanıb

  • Space TV
  • 19 Fevral 2021 15:35

Ermənistanda rəyi soruşulan vətəndaşların 43,6 faizi baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu hesab edir.

Spacetv.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “GALLUP International Association”ın Ermənistandakı nümayəndəliyinin rəhbərliyi Aram Navasardyan məsələ ilə bağlı rəy sorğusunun nəticələrindən danışarkən bildirib.

Noyabrın 13-də keçirilən sorğuda isə respondentlərin 35,2 faizi Nikol Paşinyanın istefa verməsini vacib sayırdı. Noyabrın 25-dən dekabrın 2-dək keçirilən sorğuda isə rəyi soruşulanların 45,3 faizi hesab edirdi ki, o, istefa verməlidir.

Rəyi soruşulanların 38,8 faizi isə hesab edib ki, Nikol Paşinyan baş nazir vəzifəsində qalmalıdır. Bu göstərici noyabrın 13-də keçirilən sorğunun nəticələrindən 9,3 faiz az, noyabrın 25-dən dekabrın 2-dək keçirilən rəy sorğusunun nəticəsindən 1 faiz çoxdur.

Rəyi soruşulan vətəndaşların 17,6 faizi sualı cavablandırmaqda çətinlik çəkdiklərini bildiriblər.

Paylaş

 Xəbəriniz olsun