Nikol Paşinyanın vaxtı daralır

  • Space TV
  • 23 Aprel 2020 16:08

 “Heç bir ərazi güzəştinə getmək fikrində deyilik”. Bu Zohrab Mnatsakanyanın Rusiyalı həmkarı Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi fikirlərə qarşı münasibəti idi. Rəsmi İrəvanın açıqlaması onların neçə riyakar olduqlarını növbəti dəfə üzə çıxardı. Rəsmi Bakı dəfələrlə münaqişənin sülh və beynəlxalq qanunlar çərçivəsində danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etsə də işğalçı ölkənin sərgilədiyi mövqe qəbul edilməzdir. Status-kvonun sağlanlımasına çalışan rəsmi İrəvan anlamalıdır ki…

Zorab Mnatsakanyan bu bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın faktiki olaraq gücsüzlüyünü göstərərək, regionda təhlükəsizliyə və sabitliyə böyük bir təhdid olduğunu sübuta yetirdi. Politoloq Zaur Məmmədov bu qənaətdədir. Onun fikrincə Mnatsakanyan bu bəyanatla Minsk qrupunun həmsədrlərinin də fəaliyyətinə çox ciddi zərbə vurub.

Ermənistanın bu cür məsuliyyətsiz, regionda sülhə və təhlükəsizliyə təhdid yaradan bəyanatları beynəlxaq təşkilatların sərgilədiyi ikili standarların nəticəsidir. Dünya ictimaiyyəti artıq anlamalıdır ki, istər Paşinyan, istərsə də ondan əvvəlkilər heç bir zaman xalqı, insan hüquqlarını və beynəlxalq qanunu düşünməyiblər. Nikol başa düşməlidir ki, ona verilən vaxt artıq başa çatmaq üzrədir və ona görə də sələflərinin etdiyi səhvi təkrarlamamalıdır.

Qeyd edək ki, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilən sənəd, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur.

ALLAHVERDİ NADİROĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun