Nikol Paşinyan istefa vermək niyyətində deyil

  • Space TV
  • 16 Noyabr 2020 14:37

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatlardakı uğursuzluğa görə istefa vermək niyyətində olmadığını bildirib.

Spacetv.az-ın məlumatına görə, N. Paşinyan bildirib ki, hazırda onun gündəliyində yalnız ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması məsələsi var, başqa heç nə.

N. Paşinyan, həmçinin, müxalifətdən tələb edib ki, ölkənin daxili siyasətində silahlı mübarizə imkanlarının istisna olmasına dair qarantiya versin.

Paylaş

 Xəbəriniz olsun