Nikol Paşinyan Ermənistan prezidentinin evinə gedib

  • Space TV
  • 1 Mart 2021 16:43

Ermənistan prezidenti Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında görüş olub.

Spacetv.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı dövlət başçısının Mətbuat xidməti yayıb.

Bildirilib ki, A.Sarkisyanın səhhətində problem var və ona görə də N.Paşinyan görüş üçün onun evinə gedib.

Görüşdə Ermənistandakı vəziyyət müzakirə edilib. A.Sarkisyan bildirib ki, bütün problemlər konstitusiya çərçivəsində həll edilməlidir.

Paylaş

 Xəbəriniz olsun