Nigar və Eldar aparıcılığa başlayır

  • SpaceTV
  • 11 Noyabr 2019 15:25

“Runnig Scared” mahnısı ilə Almaniyanın Düsseldorf şəhərində keçirilən beynəlxaq mahnı müsabiqəsi ilə Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan populyar müğənnilər Nigar Camal və Eldar Qasımov daha bir yeniliyə imza atıblar. 

SPACE TV xəbər verir ki, onlar AzTV-nin efirində birbaşa yayımlanan “Telesəhər” proqramında aparıcılıq edəcəklər.

Nigarla Eldar hər həftəsonu tamaşaçıların görüşünə gələcək. Onların qonaqları isə şou-biznes, incəsənət və müxtəlif sənət sahələrinin parlaq simaları olacaq. 

Sözügedən proqramının anons çəkilişləri artıq yekunlaşıb. AzTV-nin bədii rəhbəri, məşhur teleaparıcı Ranar Musayev çəkilişdən olan ən maraqlı görüntüləri lentə alaraq şəxsi “Instragram” hesabında izləyiciləri ilə bölüşüb.

Verilişin səs-küylü və rəngarəng anonsu tezliklə AzTV-nin efirində yayımlanacaq. 

Paylaş

 Xəbəriniz olsun