Niderlanddakı etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 30-u keçib

  • Space TV
  • 27 Yanvar 2021 11:38

Niderlandda hökumətin COVID-19 əleyhinə tətbiq etdiyi qadağalara etiraz edən nümayişçilərdən 33 nəfər saxlanılıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Dutch News” agentliyi məlumat yayıb.

Saxlanılanlar Rotterdam şəhərinin sakinləridir.

Qeyd olunur ki, polis tərəfindən saxlanılan şəxslər qanunsuz toplaşmaqda və sənədlərini hüquq mühafizə orqanlarına təqdim etməməkdə ittiham edilir.

Paylaş

 Xəbəriniz olsun