Niderlandda qeyri-leqal miqrantlar etiraza qalxdı

  • Space TV
  • 17 Avqust 2020 13:51

Niderlandda qeyri-leqal miqrantların zorakılıqla müşahidə olunan etiraz aksiyası keçirilib.

Spacetv.az REN TV-yə istinadən xəbər verir ki, nümayişçilər Haaqa şəhərində mağazaların və avtomobillərin şüşələrini sındırıb, barrikadalar quraraq hüquq mühafizə orqanlarına hücum ediblər.

Yalnız xüsusi təyinatlıların aksiyaya müdaxilə etməsindən sonra etirazçıları dağıtmaq mümkün olub. Onlarla miqrant saxlanılıb.

Bəzi mənbələrin məlumatına görə, etirazlar isti yay günlərdə yanğın hidrantlarından istifadəyə qadağa qoyulması səbəbi ilə baş verib.

Paylaş

 Xəbəriniz olsun