Neymar təbrikində Almaniya klublarını səhv saldı – FOTO

  • Space TV
  • 24 Avqust 2020 15:11

PSJ-nin futbolçusu Neymar səhvən Almaniyanın “Bayer” klubunu Çempionlar Liqasının qalibi kimi təbrik edib.

Spacetv.az Sports.ru-ya istinadən xəbər verir ki, ulduz futbolçu səhv təbrik mesajını öz “Twitter” hesabında yazıb.

“Məğlubiyyət idmanın bir hissəsidir. Biz əlimizdən gələni etməyə çalışdıq və sona qədər vuruşduq. Hər birinizin dəstəyinə, sevgisinə görə təşəkkür edirəm və “Bayer”i təbrik edirəm”, – braziliyalı sosial şəbəkə hesabında yazıb.

Almaniya klubu isə öz növbəsində Neymarın təbrikinə münasibət bildirib.

“Çox sağ ol, Neymar! Niyə bizi təbrik etdiyini tam anlaya bilmədik, axı biz məzuniyyətdəyik və FIFA-da oynayırıq… Amma çox sağ ol”.

Qeyd edək ki, bu gecə PSJ-yə minimal hesabla qalib gələn Münhenin “Bayern” klubu tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Paylaş

 Xəbəriniz olsun