Neymar PSJ-də qaldı: “Yenidən Çempionlar Liqasının finalına qayıtmaq istəyirəm”

  • Space TV
  • 31 Avqust 2020 16:15

PSJ-nin braziliyalı hücumçusu Neymar yay transfer pəncərəsində Paris klubundan ayrılmayacağını elan edib.

Spacetv.az xəbər verir ki, bu barədə “Paris Team” məlumat yayıb.

“Mən PSJ-də qalıram. Yenidən Çempionlar Liqasının finalına qayıtmaq və qalib gəlmək istəyirəm. Klubun tarixinə düşmək fikri mənə stimul verir, şəxsi mükafatlara əhəmiyyət vermirəm, ən vacib məqsəd komandamla Çempionlar Liqasını qazanmaqdır”, – deyə Neymar söyləyib.

Hücumçunun 2022-ci ilə qədər Fransa klubunda qalacağı qeyd olunur.

Paylaş

 Xəbəriniz olsun