Neymar koronavirusa yoluxub

  • Space TV
  • 2 Sentyabr 2020 22:22

Fransanın PSJ klubunun hücumçusu Neymar koronavirusa yoluxub.

Spacetv.az-ın məlumatına görə, “L’Equipe” xəbər verib. Neymarın COVID-19 testinin cavabı pozitiv çıxıb və bu səbəbdən o, karantinə alınıb.

Xatırladaq ki, ötən gün PSJ-nin daha iki futbolçusunun – Anxel Di Mariya və Leandro Paredesin də koronavirusa yoluxduğu bildirilmişdi.

Paylaş

 Xəbəriniz olsun