“Netflix” nominasiyalar üzrə “Oskar” mükafatında yeni rekordçu ola bilər

  • Space TV
  • 26 Noyabr 2020 10:51

“Netflix” 2021-ci ildə “Oskar” mükafatının təqdimetmə mərasimində “Ən Yaxşı Film” nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Spacetv.az xəbər veirr ki, bu barədə “Variety” məlumat yayıb.

İlkin məlumatlara görə, “Netflix”in namizədləri arasında Aaron Sorkinin “The Trial of the Chicago 7” və Devid Finçerin “Mank”, Nikol Kidmanın iştirakı ilə “Ma Rainey’s Black Bottom”, Meril Stripin oynadığı “The Prom”, Spayk Linin “Da 5 Bloods” filmləri və Corc Kluninin genişmiqyaslı “The Midnight Sky” layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi “The Life Ahead” və Priyanka Çopranın rol aldığı “The White Tiger” filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəki rekord MGM (“Metro-Goldwyn-Mayer”) kino şirkətinə məxsus olub.

Paylaş

 Xəbəriniz olsun