Netanyahu ABŞ-ın BƏƏ-yə silah satışına qarışmayacaq

  • Space TV
  • 4 Sentyabr 2020 11:59

İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ABŞ-dan çoxlu miqdarda silah dəsti gəlməsinə qarşı çıxmayacaq.

Spacetv.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu İsrailin BƏƏ ilə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılaşmalar çərçivəsində baş verib.

Bildirilib ki, keçən həftə ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşdən sonra Netanyahu açıq şəkildə müqaviləyə qarşı çıxmağı dayandırıb.

Söhbət ABŞ-ın “EA-18G Growler” elektron döyüş təyyarələri, beşinci nəsil “F-35” qırıcıları və “MQ-9 Reaper” pilotsuz təyyarələri BƏƏ-yə satmasından gedir.

Paylaş

 Xəbəriniz olsun