“Neftqazelmitədqiqatlayihə” İnstitutu “YAŞAt” Fonduna ianə köçürüb

  • Space TV
  • 15 Yanvar 2021 10:47

Azərbaycanın ictimai həyatında daim yaxından iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.

Spacetv.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, İnstitutun əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan rəhbərlik “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib. “YAŞAT” fondunun hesabına 87 802 manat vəsait köçürülüb.

2020-ci il ərzində “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən COVID-19-la mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə dəstək fonduna, ümumilikdə 267 min manatdan artıq vəsait köçürülüb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb.

Paylaş

 Xəbəriniz olsun