Neftin bu günə olan qiyməti

  • Space TV
  • 11 Dekabr 2020 11:53

Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı neftin yanvar fyuçersləri 0,12 dollar (0,26 faiz) bahalaşaraq, bir bareli 46,9 dollar olub.

“London ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçersləri 0,09 dollar (0,19 faiz) qalxaraq, bir bareli 50,34 dollar təşkil edib.

“Dow Jones”un məlumatlarına görə cümə axşamı həm “Brent”, həm də WTI markalı neftin qiymətləri mart ayından bəri ən yüksək səviyyədə olub.

Paylaş

 Xəbəriniz olsun