“Neftçi”nin legioneri üçün il bitdi

  • Space TV
  • 21 Dekabr 2020 14:54

Azərbaycan Premyer Liqasında XII turun “Sabah”la oyununda zədələnən Yusuf Lavalın durumuna aydınlıq gəlib.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Spacetv.az-a verdiyi məlumata görə, arxa əzələsi dartılan 22 yaşlı yarımmüdafiəçi “Keşlə” ilə XIII tur matçını buraxacaq.

Bu isə o deməkdir ki, nigeriyalı oyunçu üçün 2020-ci il vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, Yusuf Laval dünənki görüşün 60-cı dəqiqəsində zədələnərək, yerini Sabir Buqrinə verib. Səfər matçı “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 2:0.

Paylaş

 Xəbəriniz olsun