“Neftçi”nin bir oyunu qadağaya görə sual altına düşdü

  • SpaceTV
  • 4 İyun 2020 16:54

“Neftçi” PFK Premyer Liqadan əvvəl iki yoxlama oyunu keçirmək istəyir.

SPACE TV  xəbər verir ki, artıq üç gündür məşq edən komanda hazırlıq çərçivəsində iyunun 9-u, saat 18:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə”, iyunun 14-ü, saat 20:00-da isə “Bakcell Arena”da “Qəbələ” ilə qarşılaşmağı planlaşdırır.

Lakin ikinci görüş baş tutmaya bilər. Buna səbəb bu gün Baş nazir Əli Əsədovun ayın 14-də də küçələrə çıxmamaq barədə qadağanın olmasını bildirməsidir.

Qeyd edək ki, “Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.

Paylaş

 Xəbəriniz olsun