“Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı

  • SpaceTV
  • 29 Oktyabr 2020 15:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli məlum olub.

Spacetv.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun görüşləri 3 günü əhatə edəcək.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. “Neftçi” – “Qarabağ” qarşılaşması noyabrın 8-də saat 15:00-da başlayacaq.

6 noyabr (cümə)

16:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”

7 noyabr (şənbə)

16:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”

14:00. “Keşlə” – “Qəbələ”
“ASK Arena”

8 noyabr (bazar)

15:00. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Paylaş

 Xəbəriniz olsun