“Neftçi” qalib gəldi, “Keşlə” və “Sumqayıt” Avroliqa ilə vidalaşdı

  • Space TV
  • 28 Avqust 2020 01:16

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Keşlə” – “Laçi” görüşü başa çatıb.

Spacetv.az xəbər verir ki, “ASK Arena”da keçirilən görüşün 72-ci dəqiqəsindən etibarən “Laçi” azlıqda qalsa da, “Keşlə” nə 90, nə də əlavə 30 dəqiqədə bu şansdan yararlana bilməyib.

Nəticədə penaltilər seriyasına müraciət edilib. Burada “Keşlə”nin kapitanı İlkin Qırtımovun topunu rəqib qapıçının dəf etməsindən sonra “Laçi”penaltilərdə 5:4 qələbə qazanıb və növbəti mərhələyə yüksəlib. 

Bununla da “Laçi” beş il əvvəl “Keşlə”nin sələfi “İnter”in qisasını alıb.

“Neftçi” 2:1 qalib gələrək II təsnifat mərhələsinə vəsiqə qazanıb. “Sumqayıt” isə 0:2 uduzaraq avrokuboklarla vidalaşıb.

Paylaş

 Xəbəriniz olsun