“Neftçi” – “Qalatasaray” matçının hakimləri bəlli oldu

  • Space TV
  • 7 Sentyabr 2020 11:51

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” matçının təyinatları açıqlanıb. Spacetv.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Qeyd edək ki, senyabrın 17-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.

Paylaş

 Xəbəriniz olsun