Neftçalada qan töküldü

  • Space TV
  • 8 Dekabr 2020 09:57

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, hadisə Bankə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Piriyev Rövşən Əlisahib oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun