Neftçala rayonunda 2 yaşlı uşaq avtomobilin təkəri altında qalaraq ölüb.

  • SpaceTV
  • 30 İyun 2020 17:44

Hadisə rayonun Xəzərkənd kəndində baş verib. Belə ki, kəndə qonaq gəlmiş 1983-cü il təvəllüdlü, Masallı rayon sakini Təhməzov Cavanşir Bəyzadə oğlu idarə etdiyi “Qazel” markalı avtomobili arxaya doğru sürüb. Elə bu zaman yaxınlıqda dayanan 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb. Nəticədə uşaq maşının təkərləri altında qalaraq ağır bədən xəsarətləri alıb. Təcili olaraq xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun