Neftçala igidlərini cəbhəyə belə yola saldı – Video

  • SpaceTV
  • 30 Sentyabr 2020 18:14

Xəbər verdiyimiz kimi, Qarabağın erməni işğalından azad edilməsi istiqamətində həyata keçirilən hərbi əməliyyatlarla bağlı Prezident İlham Əliyev tərəfindən qismən səfərbərlik elan olunub. Eyni zamanda minlərlə şəxs könüllü olaraq cəbhəyə getmək üçün müraciətlər edib.

Spacetv.az-ın məlumatına görə, bu gün Neftçala rayonunda da igidlərimizin cəbhəyə yolasalınma mərasimi baş tutub.

Böyük coşqu və ruh yüksəkliyi ilə Neftçala sakinləri cəbhəyə gedənləri yola salıblar. Mərasimdə insanların üzlərində olan inam və qələbə sevinci, eyni zamanda cəbhəyə yollanan gənclərdəki ruh yüksəkliyi diqqəti cəlb edib.

Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov mərasimdə iştirak edib və cəbhəyə yola düşən əsgərlərimizə qələbə ilə qayıtmağı arzulayıb.

Videomaterialı təqdim edirik:

Paylaş

 Xəbəriniz olsun