Neft ucuzlaşmaqda davam edir

  • Space TV
  • 12 Fevral 2021 11:03

Dünya bazarlarında neft ucuzlaşıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

WTI markalı neftin mart fyuçersləri 0,72 faiz ucuzlaşıb və bir bareli 57,82 ABŞ dollarına satılıb.

“Brent” markalı neftin qiymətində də 0,62 faiz azalma müşahidə olunub. “Brent” markalı neftin bir barelinin qiyməti 60,76 dollar təşkil edib.

Paylaş

 Xəbəriniz olsun