Neft qiymətlərində ucuzlaşma

  • Space TV
  • 5 Yanvar 2021 12:03

Dünyada neft qiymətlərində ucuzlaşma qeydə alınıb.

Bu barədə “İnterfax” məlumat yayıb.

Belə ki, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti Londonun “ICE Futures” birjasında yerli vaxtla 08:44-də bir barel üçün 50.97 dollar təşkil edib. Bu isə əvvəlki sessiyanın qapanışındakı qiymətdən 0.12 dollar (0.23 faiz) aşağı olub.

WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə bir barel üçün 47.55 dollar təşkil edib. Bu rəqəm isə əvvəlki sessiyanın qapanışındakı qiymətlərdən 0.07 dollar (0.15 faiz) aşağı olub.

Paylaş

 Xəbəriniz olsun