Neft qiymətlərində bahalaşma davam edir

  • SpaceTV
  • 26 May 2020 11:06

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

SPACE TV xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan göstəricilərə əsasən, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1,83 faiz artaraq, bir barel üçün 36,20 dollara bərabər olub.

WTI markalı neftin iyul fyuçers qiymətlərində də artım qeydə alınıb.

Belə ki, bu markalı neft 3,37 faiz bahalaşaraq, qiyməti bir barel üçün 34,36 dollara çatıb.

Paylaş

 Xəbəriniz olsun