Neft hasilatı gələn ilin aprel ayınadək artacaq

  • Space TV
  • 19 Yanvar 2021 15:32

Dünya neft bazarında gündəlik təklifin həcmi ötən il 6,6 milyon barel azaldıqdan sonra 2021-ci ildə əsasən OPEC+ ölkələr hesabına 1 milyon barel artacaq.

Spacetv.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, cari ilin ikinci yarısında tələbatın artması ilə dünya neft bazarında təklifin əlavə artımı üçün də imkanlar mövcuddur.

Cari ilin ikinci yarısında OPEC+ ölkələri hasilatın ixtisarını cari ilin ikinci rübündə də (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 5,8 milyon barel azaldacaq. Bu ixtisar səviyyəsi razılaşma müddətinin başa çatmasınadək, yəni 2022-ci ilin aprel ayının sonunadək davam edəcək.

IEA-ya görə hasilatın ixtisarına dair razılaşma bütövlükdə 100 faiz icra olunur. O cümlədən OPEC-ə üzv ölkələri bu razılaşmanı 105 faiz, qeyri-OPEC ölkələri isə 93 faiz yerinə yetirib.

Paylaş

 Xəbəriniz olsun