Neft buruqlarının əhatəsində yaşam – VİDEO

  • Space TV
  • 14 Avqust 2020 13:31

Bakının intensiv şəkildə neft çıxarılan bir çox ərazilərində minlərlə insan yaşayır. Qanuna əsasən neft mədənlərinin yerləşdiyi ərazilərdə əhalinin məskunlaşması qadağandır. Çünki bu ərazilərdə yüksək radiasiya ilə yanaşı, hər an qəza və partlayış təhlükəsi də var. Belə radioaktiv ərazilərdə uzun müddət yaşayan insanlarda xərçəng xəstəliyinin yaranma riski yüksək olur.

Bəs vətəndaşlar qanunla məskunlaşmanın qadağan edildiyi bu ərazilərdə necə ev tikiblər? Buradakı evlərin əksəriyyətinin gecəqondu olduğu müəyyən olunub.

Həmçinin neft çıxarılan ərazilərdə məskunlaşan insanlar quyuların işləməsinə, neft hasilatı prosesinə də ciddi şəkildə maneə yaradırlar. Yaşayış evləri ilə əhatə olunan quyularda hər hansı təmir-bərpa işlərinin aparılması, xüsusi texnikaların ərazidə işləməsi xeyli çətinləşir.

SOCAR-ın Təhülkəsizlik İdarəsi insanları bu cür təhlükəli ərazilərdə məskunlaşmaqdan çəkinməyə çağırır.

Tural Şahinoğlu, Həsənağa Dadaşov, SPACE TV

Paylaş

 Xəbəriniz olsun