Neft bahalaşır

  • Space TV
  • 20 May 2020 11:36

Neftin qiyməti bahalaşır. Brent markalı neftin 1 bareli 35 dolları, Azərilayt markalı neftin qiyməti isə 37 dolları ötüb. Qiymətin artması dünya bazarlarında neftə olan tələbatın artması ilə əlaqədardır.

Millət vəkili Vüqar Bayramov vurğulayır ki, bütün dünyada tətbiq edilən karantin rejiminin yumşaldılması neftə olan tələbatı daha da artıracaq. Bu da qara qızılın bazar qiymətinin daha da yüksəlməsini təmin edəcək.

Dünya bazarında neftin bahalaşması Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək. Bahalaşma ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək ki, bu da dövlət gəlirlərinin artmasına səbəb olacaq. 

Qeyd edək ki, bu ilin iyun ayından Səudiyyə Ərəbistanı hasilatı sutkada  daha 1 milyon barel, Küveyt 80 min barel, Birləşmiş Ərəb Əmirlikləri 100 min barel azaldacaq. Əgər hasilat daha da azalarsa, dünya bazarında  “qara qızıl”ın qiyməti bir qədər də yüksələcək.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun