Neft bahalaşdı, qaz ucuzlaşdı

  • SpaceTV
  • 7 Dekabr 2019 11:38

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin 1,55% artaraq 1 barelə görə 64,37 dollar təşkil edib.

SPACE TV-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2020-ci ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,2% artaraq 59,13 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,34% azalaraq 2,346 ABŞ dolları təşkil edib.

Paylaş

 Xəbəriniz olsun