NBA-nın ulduz oyunçusu həbsxanada ölüb

  • Space TV
  • 6 Noyabr 2020 10:56

İki dəfə NBA All-Stars iştirakçısı olan ulduz oyunçu Eddi Conson Florida həbsxanasında vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə “L’Equipe” xəbər yayıb.

O, ömürlük həbsə məhkum edilmişdi. 65 yaşlı keçmiş ulduzun ölüm səbəbi açıqlanmır.

Conson NBA-da çıxışları ilə məşhurdur. Ancaq o, narkotik aludəçisi olub və disiplin problemi olub. Buna görə 1987-ci ildə ona NBA-da oynamaq qadağan edilib.

Onun qanunla da xeyli problemi olub. Belə ki, müxtəlif səbəblərdən, o cümlədən, polisə hücum və narkotik vasitələrin saxlanılması səbəbindən 100 dəfədən çox həbs olunub. 

2006-cı ildə isə məhkəmə onu səkkiz yaşlı qıza təcavüz etməkdə təqsirli bilərək, ömürlük həbs cəzasına məhkum edib.

Paylaş

 Xəbəriniz olsun