NBA-da 48 basketbolçu koronavirusa yoluxdu

  • Space TV
  • 3 Dekabr 2020 11:14

Milli Basketbol Assosiasiyası (NBA) koronavirusa yoluxan oyunçuların sayını açıqlayıb.

Spacetv.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə 546 basketbolçu testdən keçib.

Onlardan 48-nin nəticəsi müsbət olub. Koronavirusa yoluxanlar dərhal təcrid edilib.

Qeyd edək ki, NBA-də yeni mövsümə dekabrın 22-də start veriləcək.

Paylaş

 Xəbəriniz olsun