Nazirlik: Xaricdə olanlar Azərbaycandakı mülki məsələlərlə bağlı sənəd əldə edə bilirlər

  • Space TV
  • 25 Yanvar 2021 12:01

“Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıqları çərçivəsində xaricdə olan şəxslər Azərbaycanda olan mülki məsələlərlə bağlı sənəd əldə edə bilirlər”.

Spacetv.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, xaricdə olan şəxslərin Azərbaycanda doğulması, pensiya, əmək, əmlak, aiment və s. məlumatlar ala bilməsi mümkündür:

“Əməkdaşlıq çərçivəsində cinayət sahəsində də müəyyən mübadilələr aparılır. Buna xaricdə olan cinayət işləri üzrə Azərbaycanda hansısa şahidin dindirilməsi, müvafiq sənədlərin əldə edilməsi və s. məsələlər daxildir”.

Paylaş

 Xəbəriniz olsun