Nazirlik: Qəzada xəsarət alan qadın Bakıya gətirilib

  • SpaceTV
  • 30 Avqust 2019 10:53

Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Space TV -yə bildirilib ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam edir.

Qeyd olunub ki, yaralıların vəziyyəti orta-ağır sabit qiymətləndirilir: “Vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır”.

Paylaş

 Xəbəriniz olsun