Nazirlik: “Güləşçilərin məşqləri təqvim planımıza uyğun deyil”

  • Space TV
  • 23 Noyabr 2020 16:46

“Bizim hər il təqvim planımız olur. Təqvim planında yarışlarla bərabər milli komandaların məşqləri də yerləşdirilir, hansı rayonda və ya hansı tarixdə keçiriləcəyi qeyd olunur. Güləşçilərin bu dəfə keçdikləri məşq bizim təqvim planına uyğun deyil”.

Bu fikirləri “Report”a açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sərbəst güləş üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxmanın qeydə alınmasına münasibət bildirərkən deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, güləş yığmasının hazırlıq prosesi təqvim planı əsasında aparılmayıb: “Bu səbəbdən, heç nə deyə bilmərik. Nazirliyin təqvim planında onların təlim-məşq toplanışı yox idi. Toplanışı necə razılaşdırıblar, onu deyə bilmərəm. Amma nazirliyin təqvim planı əsasında məşq prosesi getməyib”.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasında bir neçə məşqçinin və güləşçi Turan Bayramovun testi müsbət nəticələnib.

Paylaş

 Xəbəriniz olsun