Nazirlik geoloji kəşfiyyat qayığında partlayışda yaralananlarla bağlı məlumat yaydı

  • SpaceTV
  • 30 Oktyabr 2019 11:23

Səhiyyə Nazirliyi Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş verən partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən üç nəfərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən SPACE TV  verilən xəbərə görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər.

Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı SOCAR-ın əməkdaşlarından Məmmədov Habil Gülməmməd oğlu həlak olub, Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Hazırda onların müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirilir. 

Paylaş

 Xəbəriniz olsun