Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı araşdırmalara başladı

  • Space TV
  • 19 Fevral 2021 12:08

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, artıq nazirlikdə bu istiqamətdə araşdırma işləri davam etdirilir.

Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim edib.

Nərmin Qaralova

Nərmin Qaralova

Paylaş

 Xəbəriniz olsun