Nazirlik Bakıdakı təhlükəli vəziyyətlə bağlı məlumat yaydı

  • Space TV
  • 31 Yanvar 2020 16:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, yanvarın 31-i gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Nazirlikdən SPACE TV-ə verilən məlumata görə, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.

Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır.

Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.

Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.

Paylaş

 Xəbəriniz olsun