Nazir müavini qəzada ölüb

  • SpaceTV
  • 20 Avqust 2019 12:09

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun da yol qəzasının qurbanı olub. Ölkənin cənub-şərqində baş vermiş yol qəzası nazirin müavinin həyatına son qoyub. Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident Dərin kədər hissi ilə “Mədəniyyət və turizm nazirinin müavini, professor Əhməd Haluk Dursunun yol qəzası nəticəsində ölüm xəbərini aldım”, – deyə “Twitter” mikrobloqunda yazıb.

Space.TV- yazır ki, NTV telekanalının məlumatına görə, qəza Van şəhərində baş verib. İlkin məlumata görə, nazir müavininin olduğu maşının sürücüsü idarəetməni itirib və maşın aşıb. Dursun aldığı yaralardan xəstəxanada keçinib.

Paylaş

 Xəbəriniz olsun