Nazir müavini informatika fənni ilə bağlı şikayətlərdən danışıb

  • Space TV
  • 14 Dekabr 2020 14:43

“Müəllimlər informatika fənni üzrə ayrılan saatların yetərli olmadığından şikayət edirdilər. Eyni zamanda ali məktəblərə qəbul imtahanlarında informatikanın imtahan məzmununa salınmaması ilə bağlı da narazılıqlar olurdu”.

Spacetv.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, uzun illərdir bu məsələ təhsil sistemində çalışan, təhsilin keyfiyyətinin artırılmasında maraqlı olan təhsil işçilərinin diqqət mərkəzində idi: “Təbii ki, mövcud problemlərin aradan qaldırılması istiqamətində birdən-birə ciddi qərarın qəbul edilməsi mümkün deyil. Odur ki, BP ilə birgə həyata keçiriləcək “Ümumtəhsil müəssisələrində informatika təmayüllü siniflərin təşkili” layihəsi uzun illər arzusunda olduğumuz istiqamətə aparan cığırın açılması kimi qiymətləndirilməlidir. Yeni layihə tədris saatlarının artılması baxımında deyil, məzmunun təkmiləşdirilməsi, şagirdlər üçün müxtəlifyönlü seminarların, vebinarların keçirilməsi üçün təqdirəlayiq addımdır”.

Paylaş

 Xəbəriniz olsun