Nazir müavini ermənilərin məhv etdiyi meşə sahəsini AÇIQLADI

  • Space TV
  • 29 Yanvar 2021 15:47

“Ermənilərin torpaqlarımızı işğal etdiyi dövr ərzində 54 328 hektar meşə sahəsi məhv edilib”.

Spacetv.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl bu ərazilərdə meşə örtüyü 228 794 hektar təşkil edib:

“Ötən ilin məlumatına görə isə bu rəqəm 174 466,8 hektar olub”.

F.Əliyev qeyd edib ki, bu rəqəmlər hələ ki ilkin məlumatlara əsaslanır.

Paylaş

 Xəbəriniz olsun