Nazir müavini Bakıda dəhşətli yanğın baş verən ərazidə

  • Space TV
  • 10 Dekabr 2019 11:13

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında güclü yanğın başlayıb.

SPACE TV-in məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

E.Mirzəyev yanğının qarşısının alınması üçün müvafiq tapşırıqlar verib. 

Qeyd edək ki, yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin üç helikopteri cəlb olunub.
Hadisə yerinə Səhiyyə Nazirliyi tərəfindən beş briqada cəlb olunub. Altı nəfərə yerində yardım göstərilib.

İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir

Paylaş

 Xəbəriniz olsun